Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-8° enəcək, güclü külək əsəcək, yağış yağacaq.....

Sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr/saniyə, arabir saniyədə 23 metr, sentyabrın 3-ü axşamdan arabir 25-30 metrədək güclənəcəyi, sentyabrın 4-ü səhər isə zəifləyəcəyi gözlənilir. Sentyabrın 3-ü axşam, sentyabrın 4-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında sentyabrın 2-si axşamdan sentyabrın 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-28, bəzi Kür vadisi rayonlarda arabir 30-33 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.

<Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-8° enəcək, güclü külək əsəcək, yağış yağacaq.....