Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.....

Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.

<Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 25 metr olacağı, yanvarın 14-ü gecə və səhər bəzi yerlərdə arabir 28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Yanvarın 13-ü axşamdan başlayaraq havanın arabir yağıntılı olacağı, yanvarın 14-ü gün ərzində bəzi yerlərdə sulu qara keçəcəyi, şəhərin nisbətən yüksək ərazilərində qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° enəcək.

Yanvarın 13-ü səhər Naxçıvan Muxtar Respublikasında, gündüz Şərqi Zəngəzur, Qarabağ bölgəsində və Böyük Qafqaz zonasında qar yağacağı, axşama doğru isə əksər rayonlarda havanın yağıntılı olacağı, bəzi yerlərdə isə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq, gecə və səhər bəzi Kür vadisi rayonlarda (Qazax-Gəncə, Mərkəzi Aran) arabir 28-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-12° enəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Ölkə ərazində gözlənilən əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək.