Sinoptiklərdən xəbərdarlıq: Fasilələrlə yağış yağacaq, çaylarda sululuq artacaq.....

İyunun 12-si gündüzdən iyunun 15-dək əsasən Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

<Sinoptiklərdən xəbərdarlıq: Fasilələrlə yağış yağacaq, çaylarda sululuq artacaq.....

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə sürəti arabir 20-25 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.