Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

<Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəzlənəcəyi, sürətinin 15-18, arabir 20 metr/saniyə olacağı, yarımadanın bəzi yerlərində arabir 23 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Dekabrın 21-i gecə və səhər saatlarında yağış yağacağı proqnozlaşdırılır.

Dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı ehtimal edilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi dekabrın 20-21-də arabir saniyədə 15-20, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək.