Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

<Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si gündüz cənub-qərb küləyinin əsəcəyi, sürətinin arabir 15-20 metr/saniyə, yanvarın 3-də isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, gecə və səhər arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Yanvarın 2-də bəzi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, yanvarın 3-ü şimal-qərb küləyi ilə əvəzlənəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır.