Şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək.....

İyunun ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

<Şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək.....

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyə olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.