“Səhnədən səngərə” layihəsi çərçivəsində təqdim olunur: Şəhid Toğrul Hacıyev.....

Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin altıncı buraxılışını təqdim edib.

<“Səhnədən səngərə” layihəsi çərçivəsində təqdim olunur: Şəhid Toğrul Hacıyev.....

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti qəhrəmanı səhnədə kövrək ruhu ilə ürəkləri titrədən tarzən, səngərdə şücaəti ilə “Canavar” ləqəbi qazanan şəhid Toğrul Hacıyevdir.

Bu gün anası Toğrulun ardınca bir ovuc su töküb, səngərə ötürdüyü yolun üstündə bulaq axır. Bu gün körpəsindən qocasına qədər hamı Toğrul bulağından su içir.

Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3hZ4Qvr