Şəhid Yaqub Yaqubzadənin ailəsi ziyarət edilib.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ramana qəsəbə Mədəniyyət evinin əməkdaşları şəhid Yaqub Yaqubzadənin ailəsini ziyarət ediblər.

<Şəhid Yaqub Yaqubzadənin ailəsi ziyarət edilib.....

İdarədən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olan Yaqub Eldəniz oğlu Yaqubzadənin anası, atası və yaxınları onun müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən danışıblar.

Yaqub Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəsur döyüşçü oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Qəhrəman şəhid Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.