Şəhid Xudayar Yusifzadənin doğum günündə xatirəsi anılıb.....

İyulun 15-i Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür. Yaşasaydı, bu gün Xudayarın 23 yaşı olacaqdı. 

<Şəhid Xudayar Yusifzadənin doğum günündə xatirəsi anılıb.....


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər, Ağdam və Bərdə nümayəndəliklərinin əməkdaşları və gəncləri şəhid Xudayar Yusifzadənin məzarını ziyarət ediblər. Gənclər sonra şəhidin evində olublar. 
Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.