Sentyabrın 13-də bəzi bölgələrdə havanın temperaturu 33 dərəcəyə yüksələcək.....

Azərbaycanda sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sentyabrın 13-də bəzi bölgələrdə havanın temperaturu 33 dərəcəyə yüksələcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 16-20° isti olacağı ehtimal edilir.