“Səbail” klubu Premyer Liqada 30-cu qələbəsini qazanıb.....

“Səbail” klubu Premyer Liqada 30-cu qələbəsini qazanıb. Bu, üçüncü turun “Sumqayıt”la matçına təsadüf edib.

<“Səbail” klubu Premyer Liqada 30-cu qələbəsini qazanıb.....

AZƏRTAC xəbər verir ki, Bakı klubu öz meydanındakı oyunda 1:0 hesabı ilə qalib gəlib. “Səbail” 30-cu qələbəyə 107-ci matçda nail olub. Bu qələbələrdən 16-sı evdə, 14-ü səfərdə qeydə alınıb. 2017-ci ildən Premyer Liqada çıxış edən paytaxt təmsilçisinin hesabında 24 heç-heçə və 53 məğlubiyyət də var.

Qeyd edək ki, “Səbail” ilk qələbəsini 2017-ci il avqustun 18-də “Neftçi” ilə ev oyununda qazanıb – 1:0.