Şamaxı rəsədxanası: Alimlər qara dəliklərin sayının daha çox olduğunu müəyyən ediblər.....

Alimlər qara dəliklərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən ediblər.

<Şamaxı rəsədxanası: Alimlər qara dəliklərin sayının daha çox olduğunu müəyyən ediblər.....

Bu barədə AZƏRTAC-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, alimlər massiv ulduzların ömrünün sonunda yaranan, kütlələri bir neçə yüz Günəş kütləsi arasında olan qara dəliklərin sayı haqqında yeni elmi tədqiqatlar aparıblar.

Professor Andrea Lapi və Lumen Bokonun rəhbərliyi ilə SİSSA-da bu mövzu üzərində çalışan alimlərin müasir astrofizika və kosmologiyada ən aktual məsələlərdən biri olan qara dəliklərin sayı ilə bağlı “The Astrophysical Journal”da məqaləsi dərc olunub. Yenicə dərc olunmuş seriyanın ilk məqaləsində müəlliflər qara dəliklərin demoqrafik göstəricilərini araşdırıblar. Son nəzəriyyələrdə Kainatın ümumi adi (barionik) maddəsinin təxminən 1 faizinin qara dəliklərə aid olduğu hesab olunurdu. Lakin yeni araşdırmalara görə hazırda müşahidə oluna bilən Kainatdakı qara dəliklərin sayının təxminən 40x1018 olduğu aşkar edilib.

Müəlliflərin qeyd etdiyi kimi, bu mühüm nəticə SISSA-nın əməkdaşı Mario Spera tərəfindən hazırlanmış ən müasir ulduz və qoşa sistemlərin təkamülünü birləşdirən SEVN kodu vasitəsilə uyğun tədqiqatlar üçün orijinal yanaşma sayəsində əldə edilib. Hesablamalar üçün qalaktikaların uyğun fiziki parametrləri, ulduzəmələgəlmə prosesinin tempi, ulduz kütləsinin miqdarı, ulduzlararası mühitin metallikliyi nəzərə alınaraq qara dəliklərin sayı və bütün Kainat boyunca necə paylanmasını alıblar. Aleks Sisiliyanın sözlərinə görə, bu kosmologiya tarixində qara dəliklərin kütləsinin ilk və ən etibarlı üsulla hesablanmış qiymətidir.