Şamaxı Astrofizika Rəsədxanasının kompüter şəbəkəsinin “AzScienceNet”in infrastrukturuna qoşulması ilə bağlı iş aparılır.....

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) kompüter şəbəkəsinin “AzScienceNet”in infrastrukturuna qoşulması ilə bağlı iş aparılır.

<Şamaxı Astrofizika Rəsədxanasının kompüter şəbəkəsinin “AzScienceNet”in infrastrukturuna qoşulması ilə bağlı iş aparılır.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və rəhbər müavini Tural Mustafayev ŞAR-da ezamiyyətdə olublar. Onlar Rəsədxananın kompüter şəbəkəsi və avadanlığında monitorinq işləri aparıblar.

Planlaşdırılan işlər rəsədxananın daxili şəbəkə infrastrukturunun və internet xidmətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində ŞAR-da “Cloud computing”, “Cloud storage” və s. xidmətlərdən istifadəyə imkan verəcək.

Həyata keçirilməsi nəzərdə tutulan bu tədbirlər ŞAR-ın Bakı şəhər bölməsi ilə Şamaxı bölməsi arasında birbaşa əlaqənin yaradılmasına, əməkdaşların bir-biri və beynəlxalq elmi ictimaiyyət ilə rahat və yüksəksürətli məlumat mübadiləsi aparmalarına da imkan verəcək.