Şabranda zəlzələ olub.....

Oktyabrın 7-də Siyəzən seysmoloji stansiyasından 11 kilometr şimal-qərbdə - Şabran rayonunda zəlzələ qeydə alınıb.

<Şabranda zəlzələ olub.....

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:01-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.4-ə bərabər olub. Yeraltı təkanlar zəif hiss olunub.