Sabahdan rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır.....

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 9-dan başlanır.

<Sabahdan rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır.....

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.