Sabah paytaxtın bəzi yerlərində intensiv yağış yağacağı proqnozlaşdırılır.....

Azərbaycanda dekabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah paytaxtın bəzi yerlərində intensiv yağış yağacağı proqnozlaşdırılır.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7°, gündüz 7-9° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Axşama doğru yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı bildirilir.