Sabah paytaxtda yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.....

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah paytaxtda yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacağı ehtimal edilir.