Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək.....

Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-22° isti, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacağı bildirilir.