Sabah paytaxtda 37, bəzi bölgələrdə isə 39 dərəcə isti olacaq.....

Azərbaycanda avqustun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah paytaxtda 37, bəzi bölgələrdə isə 39 dərəcə isti olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı ehtimal edilir.