Sabah ölkənin bəzi yerlərində intensiv yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq.....

Azərbaycanda noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah ölkənin bəzi yerlərində intensiv yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11°, gündüz 12-15° isti, Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 772 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.