Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.....

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 4-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.