“Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib.....

Antalyada təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu ilk yoxlama oyununu keçirib.

<“Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib.....

AZƏRTAC xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Xulio Sezar Rodriges fərqlənib.

Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu yanvarın 24-də Serbiyanın “Mladost” (Luçani) klubuna qarşı keçirəcək.