Sabah bəzi bölgələrdə 37, paytaxtda isə 34 dərəcə isti olacaq

Azərbaycanda iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah bəzi bölgələrdə 37, paytaxtda isə 34 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 762 millimetr civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı ehtimal edilir.