Sabah bəzi bölgələrdə 31 dərəcə isti olacaq.....

Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

<Sabah bəzi bölgələrdə 31 dərəcə isti olacaq.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 26-31° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.