Rusiyada vahid seçkilərin ikinci günüdür.....

Sentyabrın 18-i Rusiyada vahid səsvermənin ikinci günüdür.

<Rusiyada vahid seçkilərin ikinci günüdür.....

AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də 20 milyondan çox rusiyalı səsvermədə iştirak edib. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ən yüksək seçici fəallığı Çukotka Muxtar Vilayətində, Çeçenistan Respublikasında və Tuvada qeydə alınıb.

Budəfəki seçkilərin yeniliklərindən biri də onlayn səs vermək imkanıdır. Bu imkandan paytaxt Moskva, eləcə də Murmansk, Kursk, Nijni Novqorod, Rostov və Yaroslavl vilayətlərinin sakinləri yararlana bilərlər. Moskvada seçicilərin 23,07 faizi artıq həm onlayn, həm də əyani şəkildə səs verib.

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin səsvermədə distant iştirak edərək, onlayn səs veriblər. Müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə səsvermədə ənənəvi qaydada iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva