Rusiya 3+3 formatının ən yaxın zamanda işə salınmasını təxmin edir.....

Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatının (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan) ən yaxın zamanda işə salınmasını təxmin edir.

<Rusiya 3+3 formatının ən yaxın zamanda işə salınmasını təxmin edir.....

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

O, məsləhətçi regional mexanizmin yaradılması ideyasının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edildiyini xatırladıb.

“Bildiyiniz kimi, Rusiya bu təşəbbüsü dəstəkləyib. Biz, çoxtərəfli regional əməkdaşlığın inkişafının bu formatdakı bütün iştirakçıların maraqlarına tam cavab verdiyinə əsaslanırıq. Fikrimizcə, bu mexanizmin işə salınması dövlətlərarası münasibətlərdə inamın artırılması, mövcud ziddiyyətlərin tənzimlənməsi və regionun iqtisadi, nəqliyyat və humanitar potensialın aşkar edilməsinə kömək edərdi”, - deyə M.Zaxarova bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva