Respublika Gənclər Kitabxanası yeni aksiyaya başlayıb.....

Respublika Gənclər Kitabxanası gənclərin marağına səbəb ola biləcək, maraqlı, intellektual və eyni zamanda, əyləncəli bir layihəyə - “Dünyanı dəyişən kəşflər” layihəsinə start verib.

<Respublika Gənclər Kitabxanası yeni aksiyaya başlayıb.....

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində kitabxana əməkdaşları maraqlı, interaktiv və dinamik üslubda insan tərəfindən yaradılan, bir zamanlar “kəşf” hesab edilən bu və ya digər vasitələr haqqında videomateriallar hazırlayırlar. Bu videomateriallar sanki hər hansısa bir kəşf haqqında internetdə pərakəndə formada işıqlandırılan məlumatların yığcam, lakonik toplusudur. İndiyə kimi kitabxana əməkdaşları “İnternet”, “Telefon”, “WI-FI sistemi” və s. mövzularda olduqca maraqlı videoçarxlar hazırlamışlar.

Materiallarda sözügedən kəşflərə həm tarixi baxış, həm yaranma tarixi, keçdiyi təkamül yolu və müasir həyatdakı rolu haqqında məlumat verilir. Respublika Gənclər Kitabxanası yeni başladığı və sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanan bu layihəni gələcəkdə də davam etdirmək və yeni-yeni materiallar hazırlamaq fikrindədir.