Respublika Gənclər Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə materiallar hazırlayıb.....

Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin daxili gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, millətin, onun yaratdığı dövlətin müqəddəratında, inkişafında, dünya siyasət məkanında nə kimi mövqe tutmasında əvəzedilməz rola malikdir. Bu dahi şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının fenomen şəxsiyyəti, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

<Respublika Gənclər Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə materiallar hazırlayıb.....

Ulu Öndərin anım günü ilə əlaqədar C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarx və virtual kitab sərgisi hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edilir. Hazırlanan materiallarda Ümummilli Liderin səs yazıları, foto və video görüntüləri yayımlanır. Virtual kitab sərgisinə baxarkən, izləyicilərimiz dahi siyasətçinin illərin sınağından keçmiş, bu gün də səslənərkən öz aktuallığını, dərin mənasını əks etdirən kəlamları, “Vətən”, “millət”, “təhsil”, “mədəniyyət” və digər mövzularda səsləndirdiyi müdrik ifadələri oxumaq şansı qazanırlar. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş kitablar sərgilənib. Belə ki, materialda “Heydər Əliyev. Şəxsiyyət və zaman”, “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və s. kitabların annotasiyaları təqdim edilib.

Ümummilli Liderə həsr edilən videoçarxda isə daha çox Azərbaycan liderinin ictimai-siyasi fəaliyyətinə, müstəqil Azərbaycanda quruculuq sahəsində olan misilsiz xidmətlərinə önəm verilib. Burada Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmasından, indiki müstəqil Azərbaycan Respublikasının təməlini qoymasından bəhs edilib.