Respublika Gənclər Kitabxanası Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar məlumatlandırıcı materiallar hazırlayıb.....

Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar olaraq Respublika Gənclər Kitabxanası bu əlamətdar tarixin təbliği məqsədilə məlumatlandırıcı-maarifləndirici materiallar hazırlayıb.

<Respublika Gənclər Kitabxanası Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar məlumatlandırıcı materiallar hazırlayıb.....

İdarədən AZƏRTAC-a bildirilib ki, materiallarda bu günün tarixi, inkişaf prosesi ətraflı olaraq təsvir edilib, 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkatın yaradılması faktı qeyd olunub.

Hazırlanan materiallarda beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycan mədəniyyəti və onun dünyada tanınması yönümündə atılan addımlar haqqında da geniş məlumat verilib. Bu gün Azərbaycanın malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə tanınması, həmçinin ölkəmizin dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq etməsi, Azərbaycanın mədəni dəyərlərinin bu qurum vasitəsilə dünyada təbliğ olunması, UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunələrimizin yer alması qeyd edilib.

Videoçarxda Azərbaycanın qədim mədəniyyət nümunələri haqqında geniş məlumat verilib. Azərbaycan mədəni irsinin ayrılmaz parçası olan bir sıra qədim məscid, türbə və abidələrin görüntüləri sərgilənərək onların əsrlərə söykənən qədim tarixləri haqqında məlumat verilib. Videomaterialda Azərbaycanın ipəkçilik, xalçaçılıq sənəti nümunələri də göstərilib. Bundan əlavə, 30 ilə yaxın əsarət altında olmuş və erməni vəhşiliyi nəticəsində dağıdılmış, məhv edilmiş, lakin bu gün bərpası yönümündə işlər görülən mədəni irsimiz haqqında da məlumat verilib.

Sözügedən materialların hər biri kitabxananın rəsmi saytında, “Instagram” səhifəsində və “YouTube” kanalında yerləşdirilib.