Qobustan qayaüstü abidələrinin yer aldığı rəsmlər Qazaxıstanda nümayiş olunacaq.....

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, qoruğun Elmi ekspozisiya şöbəsinin müdiri Sabir Nəzirov və elmi işçisi Mehman Abışov Qazaxıstan Respublikasında səfərdədirlər.

<Qobustan qayaüstü abidələrinin yer aldığı rəsmlər Qazaxıstanda nümayiş olunacaq.....

Qoruqdan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü ərəfəsində baş tutan səfərin ilk günündə qoruq əməkdaşları Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin rəhbərliyinin dəvəti ilə universitetin qonağı olublar. Universitetin yeni korpusu və zəngin kitabxanası ilə tanışlıqdan sonra qoruq əməkdaşları üçün Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetinin Tarix fakültəsinin dekanı xanım Mendiqul Noqaybayevanın bələdçiliyi ilə N.Nazarbayev adına "Atameken" tarixi- mədəni mərkəzinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, səfər çərçivəsində oktyabrın 21-də Əl-Farabi adına Qazaxıstan Dövlət Universitetində Qazaxıstan Respublikasının suverenliyinin 30-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun Qobustan qayaüstü abidələrini əks etdirən sərgisi nümayiş olunacaq. Səfər oktyabrın 22-də UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olunmuş Tambalı Dövlət Qoruğu ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və Qobustan qayaüstü abidələrini əks etdirən sərginin açılışı ilə başa çatacaq.