Qırğızıstan və Özbəkistan portalları Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri haqqında materiallar verib.....

Qırğızıstanın “goldenbridgenews.com” və “turkelpress.com” portalları avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarında olmaları haqqında AZƏRTAC-ın geniş materialını və ayrı-ayrı hissələrini rus dilində işıqlandırıb.

<Qırğızıstan və Özbəkistan portalları Azərbaycan Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri haqqında materiallar verib.....

AZƏRTAC xəbər verir ki, Özbəkistanın “qalampir.uz” saytı isə bununla bağlı şərh materialı verib.

Materiallarda qeyd edilir ki, Prezident İlham Əliyev çıxışlarında İkinci Qarabağ müharibəsinin bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalması, öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtmağımız, Kəlbəcərin işğal altına düşməsinin xalqımızın böyük faciəsi olması, bizim qızıl yataqlarımızın xarici şirkətlər tərəfindən istismar edilməsi, Qaragöl və başqa yerlərin də bizim torpaqlar olması, beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb etmək məsələsi, erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoymağımız, dağıdılmış binalar, məscidlər, qazılmış qəbirlər - bunları yadplanetlilərin yox, ermənilərin etməsi, indiki mərhələdə bizim əsas vəzifəmizin azad edilmiş torpaqlarda möhkəmlənməyimiz, Qarabağda törədilmiş erməni vəhşiliyini dünyaya göstərmək istəyi və digər məsələlərə toxunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek