Qırğızıstan parlamentinin yeni sədri seçilib.....

Yeni seçilən VII çağırış Qırğızıstan parlamenti-Joqorku Keneşin ilk iclası keçirilib.

<Qırğızıstan parlamentinin yeni sədri seçilib.....

AZƏRTAC xəbər verir ki, əvvəl deputatlar ölkə qanunlarına uyğun olaraq Vətənə sədaqət andı içiblər.

Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova deputatlara vəsiqə və döş nişanı təqdim edib.

İclasda Talant Mamıtov yenidən Joqorku Keneşin sədri seçilib.

Xatırladaq ki, noyabrın 28-də ölkədə keçirilən parlament seçkilərində 54 deputat partiya siyahıları ilə, 36 millət vəkili isə birmandatlı seçki dairələrindən Joqorku Keneşin üzvü seçilib.

İclasda parlamentin fraksiyaları da formalaşdırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek