“Qəbələ”nin yetirməsi Məktəblilərin Dünya Oyunlarında bürünc medal qazanıb.....

Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-15 Məktəblilərin Dünya Oyunlarında cüdo yarışları başa çatıb. Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun təmsilçiləri də tatamı üzərinə çıxıblar. Klubun iki cüdoçusu mükafatlar uğrunda mübarizə aparıb.

<“Qəbələ”nin yetirməsi Məktəblilərin Dünya Oyunlarında bürünc medal qazanıb.....

AZƏRTAC kluba istinadla xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Eyvazlı yarışa məğlubiyyətlə başlasa da, ardıcıl 3 qələbə ilə bürünc medal qazanıb. Cüdoçumuz Danil Melnikova (Belarus) uduzub, təsəlliverici qarşılaşmalarda Aleksandrs Avdeyevs (Latviya) və Yovan Bojiçə (Serbiya) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Kiril Komin (Estoniya) üzərində qələbə qazanıb.

Riyad Mustafazadə (55 kq) isə beşinci yeri tutub. Eduard Arbuzova (Rusiya) uduzan cüdoçumuz təsəlliverici qarşılaşmalarda Artur Pauts (Estoniya) və Erik Vitanova (Bolqarıstan) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə latviyalı Maksims Tixonovsa məğlub olub.