“Qəbələ” klubu bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq.....

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

<“Qəbələ” klubu bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq.....

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin Antalya toplanışındakı ilk rəqibi Polşa təmsilçisi “Zaqlembe” olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/1991-ci və 2006/2007-ci il mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/2017-ci il mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında üçüncü təsnifat mərhələsinə qədər irəliləyib.

Qeyd edək ki, “Qəbələ” yanvarın 21-də “Borets” (Şimali Makedoniya), üç gün sonra isə “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.