“Qəbələ” – “Alkmaar” oyununa ukraynalı hakimlər təyinat alıblar.....

“Qəbələ”nin UEFA Gənclər Liqasının yeni mövsümünün birinci mərhələsindəki ilk matçının hakimləri açıqlanıb.

<“Qəbələ” – “Alkmaar” oyununa ukraynalı hakimlər təyinat alıblar.....

AZƏRTAC xəbər verir ki, Çempionlar yolunda mübarizə aparacaq U-19 komandanın Niderlandın “Alkmaar” klubu ilə görüşünü Ukraynadan olan hakimlər idarə edəcəklər.

Oyunun baş hakimi Viktor Kopliyevski olacaq. Ona Vitali Skoblya və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı hakim Fərid Hacıyev icra edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Alkmaar” oyunu saat 17:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə təşkil olunacaq. Həmin görüş isə Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.