Qazaxıstanın Atırau Universitetinin baş müəllimi AzMİU-da təcrübə keçib.....

Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin baş müəllimi Dinara Axmurzina iki həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasında tədris və elmi-tədqiqat sahəsində aparılan işlər üzrə təcrübə mübadiləsi keçib.

<Qazaxıstanın Atırau Universitetinin baş müəllimi AzMİU-da təcrübə keçib.....

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın müdiri professor Məhəbbət Məmmədov və kafedra əməkdaşları qonağa menecment və biznesin iqtisadiyyatı və idarə edilməsi ixtisasları üzrə təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət standartları və tədris planlarına uyğun mütəxəssis hazırlığı istiqamətində universitetdə aparılan işlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, qonaq kafedranın müəssisə və təşkilatlarla təhsil-elm-istehsalat, innovasiya sahəsində həyata keçirdiyi tədbirlər, bağlanmış müqavilələr və onların icrası ilə bağlı məlumatlandırılıb.

Təcrübə mübadiləsi müddətində D.Axmurzina kafedranın dosentləri Elşad Yusifov, Fidan Məmmədova, Ələsgər Əliyev və Aytən Abasovanın mühazirə və məşğələ dərslərində iştirak edib. O, Atırau Universiteti haqqında tələbələrə məlumat verib və universitetlərarası əməkdaşlıq perspektivlərindən danışıb.