Qazaxıstanda pandemiya ilə əlaqədar ”qırmızı” zona elan olunan regionların sayı azalıb.....

Qazaxıstanda koronavirus infeksiyasının epidemioloji vəziyyəti baxımından "qırmızı" zonadakı bölgələrin sayı 16-dan 11-ə enib.

<Qazaxıstanda pandemiya ilə əlaqədar ”qırmızı” zona elan olunan regionların sayı azalıb.....

AZƏRTAC xəbər verir ki, bazar günü regionlarda epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün təqdim olunan sənədə əsasən, ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulan "qırmızı" zonada Nur-Sultan, Almatı, Çimkent şəhərləri, həmçinin Akmola, Almatı, Atyrau, Karaqanda, Kostanay, Manqistau və Pavlodar vilayətləri yerləşir.

Karantin tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulan "sarı" zonada Şərqi Qazaxıstan, Cambıl, Şimal-Qazaxıstan, Qızılorda və Qərbi Qazaxıstan vilayətləri yerləşir.

Türküstan vilayəti isə vəziyyətin nisbətən sabit olduğu "yaşıl" zonada yerləşir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan