“Qardaş köməyi” platforması çərçivəsində Türkiyəyə yardım göndərilib.....

Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün “Qardaş köməyi” platforması çərçivəsində toplanmış yardım Lökbatandakı “Agro” terminalından qardaş ölkəyə yola salınıb.

<“Qardaş köməyi” platforması çərçivəsində Türkiyəyə yardım göndərilib.....

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, növbəti günlərdə yardım aparan daha bir neçə TIR Türkiyəyə göndəriləcək.

“Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platforması kimi təşəbbüsləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq dəstəkləyir və sahibkarları fəal iştiraka dəvət edirik”,- deyə KOBİA-nın məlumatında qeyd edilib.

Xatırladaq ki, fevralın 8-də “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə ASK-ın təşkilatçılığı ilə “MÜSİAD Azərbaycan”, ATİB, TÜİB, eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platformasının təqdimatı keçirilib.