“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.....

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.

<“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.....

AZƏRTAC xəbər verir ki, yarımmüdafiəçinin yubileyi üçüncü turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.

2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-2018-ci illərdə “Qəbələ”də 46, 2018-2021-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib.

F.Ozobiç Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.

Qeyd edək ki, futbolçu Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.