“Qarabağ şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.....

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə Oman Sultanlığında yaşayan həmvətənimiz, Sultan Qabus Universitetinin dosenti Vüsalə Əmirbəyovanın ifasında şanlı qələbəmiz münasibətilə “Qarabağ şikəstəsi”nin fortepiano kompozisiyası ictimaiyyətə təqdim edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş zamanı səsləndirilən əsər böyük rəğbətlə qarşılanıb.