“Qarabağ” bu gün UEFA Avropa Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
30-01-2025AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu VIII tur matçında Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olacaq.
Pireydəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.
Hazırda “Qarabağ” turnir cədvəlində 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.