“Qarabağ” – “Lex” oyununun biletləri satışa çıxarılıb.....

Ağdamın “Qarabağ” klubunun Bakıda Polşanın “Lex” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

<“Qarabağ” – “Lex” oyununun biletləri satışa çıxarılıb.....

 AZƏRTAC xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.