Qananın Apiate şəhərində baş verən partlayış nəticəsində azı 17 nəfər ölüb.....

Qananın qərbində yerləşən Apiate şəhərində motosikletin partlayıcı maddə daşıyan avtomobillə toqquşması nəticəsində baş verən partlayışda azı 17 nəfər ölüb, 59 nəfər yaralanıb.

<Qananın Apiate şəhərində baş verən partlayış nəticəsində azı 17 nəfər ölüb.....

AZƏRTAC “CNN”ə istinadla xəbər verir ki, partlayış nəticəsində Apiate şəhəri tamamilə dağılıb. Şəhərdəki bütün binalar çöküb, dağıntılar altında çox sayda insan qalıblar.

Bərpa işləri müddətində təhlükəsiz məqsədilə sakinlərin ətraf şəhərlərə köçmələri tövsiyə olunub.