“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.....

Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.

<“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.....

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların asudə vaxtlarının səmərəli təşkili və xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanışlığı məqsədilə həftə sonu Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub.

Qaliblər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.

Düşərgənin yeddinci günündə düşərgə iştirakçıları üçün “Kasap dönər” restoranında şam yeməyi də təşkil edilib.