“Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edilib.....

Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində “Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edib. 

<“Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda vebinar təşkil edilib.....


İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova çıxış edib.
N.Əhmədova 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdəki Qafqaz Albaniyası mədəni irsindən, Qafqaz Albaniyası tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O, çıxışında antik qaynaqlarda Albaniya adı, son dövrlərdə aparılan elmi-tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olmasının sübutu, Qafqaz Albaniyasının Azərbaycan tarixində yeri, əhalisi, alban xalqının etnogenezi və Qafqaz Albaniyasının ərazisinə iddialar kimi mövzulara toxunub.
İşğaldan azad olunmuş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə vebinarlar davam edəcək.