Professor Tamilla Kəngərlinskaya: Hadrutda Prezident İlham Əliyevlə görüş həyatımda ən yaddaqalan hadisə oldu.....

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tamilla Kəngərlinskaya bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

<Professor Tamilla Kəngərlinskaya: Hadrutda Prezident İlham Əliyevlə görüş həyatımda ən yaddaqalan hadisə oldu.....

Hadrut qəsəbəsində Prezident İlham Əliyevlə görüş həyatımda ən önəmli və yaddaqalan hadisə oldu. Əvvəlcə çox həyəcanlanırdım, çünki belə xoşbəxt anlar mənə ilk dəfə qismət olurdu. Bu görüş ilə bağlı təəssüratlarımı mən dörd böyük və çox zəngin, rəngarəng freskalar kimi təsvir edirəm.

Freskaların hər birinin bənzərsiz və güclü enerjisi var və hər biri mənim həyatımda dəyərli və ömürlük bir təcrübə oldu.

Birinci freska – Prezidentin şəxsiyyəti: onun güclü oratorluq qabiliyyəti, mədəniyyəti, ensiklopedik bilikləri, müdrikliyi, digər tərəfdən isə səmimiliyi, insaniyyəti...

İkinci freska – Xocavəndin gözəl təbiəti, xüsusən Tuğ kəndinin havası, payız otlarının ətri, ətrafda olan qədim abidələrin fəlsəfi və əbədi susması. Onlar bizə sanki insan həyatının müvəqqətiliyini çatdırmaq istəyirdilər və bizi daxili saflığa doğru can atmağa çağırıdılar...

Üçüncü freska – bu gözəl təbiətlə təzad təşkil edən işğal dövrünün, müharibənin izləri, yaraları, sanki bu torpaqda tufan yürüşü keçib, ölüm rəqsi çalınıb.... Eyni zamanda, bu gün şumlanan torpaq, tikilən və güzgü kimi parıldayan yollar....

Dördüncü freska - Xocavəndin saf, mehriban və mərd insanları, onların bir-birinə qayğısı, birliyi və müsbət aurası. Çətin həyat sınaqlarını keçən və hər zaman başlarını dik tutan əsl xanım və bəyləri...

Bütün bu ifadəli freskaların obrazları bir-birini əvəz edərək, mənim təsəvvürümdə canlanırlar.