Prezidentin Mətbuat Xidmətinin məlumatı-3

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti emmanuel makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

<Prezidentin Mətbuat Xidmətinin məlumatı-3

Fransa Prezidenti sentyabrın 26-da ermənistanın baş naziri nikol paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.