Prezident: ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycan və Naxçıvanla kommunikasiyalar məsələsidir.....

  ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir.

<Prezident: ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycan və Naxçıvanla kommunikasiyalar məsələsidir.....

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tutduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən avtomobil yolunda fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub.

“Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.