Peşə təhsili müəssisələrinə tələbə qəbulu 120 ixtisas üzrə aparılıb.....

2021-2022-ci tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb.

<Peşə təhsili müəssisələrinə tələbə qəbulu 120 ixtisas üzrə aparılıb.....

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 23 min 784 müraciət daxil olub, 16 min 590 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb.