Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib.....

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

<Paytaxt məktəblərində “Son zəng” tədbirləri keçirilib.....

Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, nazirliyin və idarənin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunub.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 min 874, XI siniflərini isə 20 min 24 nəfər bitirib. Paytaxtda 44 min 847 nəfər I sinfi, 146 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.